6 yeni “ASAN xidmət” açılacaq - İŞÇİLƏR AXTARILIR

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yeni açılacaq “ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlərə müraciət edib.

 

Dövlət Agentliyindən verilən məlumata görə, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.

 

Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.

 

Müsahibəyə hazırlaşarkən DİM-in internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir.

9 May 2019 , 09:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin