Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Şahbazov: ABŞ-ın İrana qarşı sanksiyaları neft bazarına güclü təsir göstərməyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şahbazov: ABŞ-ın İrana qarşı sanksiyaları neft bazarına güclü təsir göstərməyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İran neftinin ixracı ilə bağlı ABŞ-ın sanksiyaları neft bazarına ciddi təsir göstərməyəcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov belə hesab edir.

 

"ABŞ-ın İrana qarşı sanksiyaları və bir sıra ölkələrin İran neftini almaqdan imtina etməsi əlbəttə ki, bazarda neft ehtiyatlarının azalmasına gətirib çıxaracaq. Bunun ümumi prosesə necə təsir edəcəyini söyləmək çətindir, çünki dünya iqtisadiyyatının artım templərinin 3,6%-dən 3,1%-dək azalması müşahidə olunur, eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə neft ehtiyatlarının həcmi az da olsa artır. Hesab edirəm ki, sanksiyalar bazara hər hansı radikal təsir göstərməməlidir", - deyə o, bu gün jurnalistlərə bildirib.

 

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan İran, o cümlədən Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyətlə əlaqədar OPEC+ formatında aparıcı rol oynayan ölkələrlə daim əlaqə saxlayır.

 

"Bizdə olan məlumata görə, Səudiyyə Ərəbistanı və BƏƏ iyun ayına qədər neft hasilatına dair birtərəfli qaydada qərar qəbul etməyəcək. Bu ölkələr yalnız iyun ayında Vyanada keçirilmiş OPEC+ Nazirlər Şurasının toplantısında qəbul edilən qərarlardan asılı olaraq addım atacaq”, - deyə P.Şahbazov vurğulayıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© İnterfaks-Azərbaycan

08.05.2019 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ