Qlobal iqtisadi inkişafa dair pessimistlik daha da gücləndi
Danışıqlar davam edərkən, ABŞ Çin mallarına gömrük tarifini artırdı
Bugündən ABŞ 200 milyard dollarlıq Çin məhsullarının idxalına gömrük tarifini 10%-dən 25%-ə qaldırır.
"Marja" xəbər verir ki, bu addım qeyri-müəyyənliyi artırıb, maliyyə bazarlarını sarsıdıb və qlobal iqtisadi inkişafa dair pessimistliyi gücləndirib.
Çin, ABŞ-ın bu qərarının dərhal ardından etdiyi açıqlamada, cavab vermək məcburiyyətində qaldıqlarını qeyd edib, ancaq bunun necə edəcəklərinin detalını verməyib.
Mövzu haqqında məlumata malik mənbələrə görə, ABŞ bu addımı danışıqlada irəliləyiş təmin etmək üçün atıb. Cümə axşamı ABŞ rəsmiləri Vaşinqtonda Çinin nümayəndə heyəti ilə danışıqları davam etdiriblər.
Həmçinin Cümə axşamı günü Tramp, ABŞ-ın, 325 milyard dollarlıq Çin məhsullarına da 25% gömrük vergisi tətbiq etməyə hazırlaşdığını söyləmişdir. Bu vəziyyətdə, keçən il 540 milyard dollar olaraq reallaşan ABŞ-ın Çindən idxalının az qala hamısı əlavə gömrük vergisinə tabe olacaqdır.
Belə bir qərarın tətbiq edilməsi həftələr çəkə bilər. Ancaq bunun ABŞ, Çin və qlobal iqtisadiyyatlar üzərində mənfi təsirləri olacaq. "Moody's Analytics"in iqtisadçıları, bu həftə hazırladıqları hesabatda, dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı ticarət anlaşılmazlıqlarının ABŞ iqtisadiyyatının 2020-ci ildə durğunluğa girməsinə səbəb olacağını qeyd ediblər. 2020-ci ildə ABŞ-da Prezident seçkiləri keçiriləcəkdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Yeni tərifələr Cümə günü Vaşinqton saatı ilə gecə 00:01-də qüvvəyə minəcək. Bunun nəticəsində Çindən, hazır qidadan tutmuş Milad ağacı işıqlarınadək 5700 fərqli məhsula tətbiq olunan vergi 10%-dən 25%-ə qalxacaq.
Cümə günü davam edəcək danışıqlardan da bir nəticə gözlənmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl