Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ-ın neft ixracı da artacaq - Neft 50 dolların altında

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın neft ixracı da artacaq - Neft 50 dolların altında
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft, ABŞ-da hasilatın artmasının OPEC-in hasilatı azaltmağa yönəlmiş müqaviləsindən son üç ayda əldə edilmiş qazancları tamamilə silməsindən sonra bareli 50 dollardan aşağı düşüb.


 
"Marja" xəbər verir ki, neft son dörd seansda 7.6 faiz ucuzlaşıb.  

 

ABŞ-da Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, neft ehtiyatları dörd həftə ardıcıl artıb və hasilat bir ildən çox müddətin ən yüksək səviyyəsinə çıxıb. 


Neft şirkəti "Vitol Group BV"yə görə, ABŞ-ın neft ixracı, Texasda istehsalın artması səbəbindən qalxmağa hazırlaşır.

 
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və digər 11 istehsalçı ölkənin qlobal təklif (hasilat) artıqlığını aradan qaldırmaq üçün 1 Yanvardan başlayaraq 6 ay müddət ərzində hasilatı azaltmağa başlamasından bu yana 50 dolların üzərində dalğalanırdı. 


Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falih, bu həftə verdiyi açıqlamada, qlobal ehtiyatların gözləniləndən yavaş azaldığını söyləyərək, istehsalın azaldılması müqaviləsinin uzadılması üçün "qapını aralayıb.


 
 Analitik Devid Lennoks, "Artan ABŞ istehsalı bazar üçün problem yaradır. Əgər hasilat artmağa davam edərsə, OPEC-in müqaviləsinə əməl olunmasında problem çıxa bilər" - deyib.

 

Bakı vaxtı ilə 07:30-da Qərbi Texas nefti (WTI) Nymex birjasında 49.73 dollardan, Brent nefti Londonda  ICE Futures Europe birjasında 52.66 dollardan əməliyyat olunub.

10.03.2017 04:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ