Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Səudiyyə Ərəbistanında nasos stansiyalarına dron ilə hücum

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanında nasos stansiyalarına dron ilə hücum

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi, ölkədəki 2 neft nasos stansiyasına dron ilə hücum təşkil edildiyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, dron ilə hücumun ölkənin şərq bölgəsindəki ehtiyatlardan qərb sahilindəki limana neft daşıyan boru xətti üzərində olan 2 nasos stansiyasına edildiyi qeyd edilib. 

 

Energetika naziri Xalid əl-Falih, hücum nəticəsində 8 nömrəli stansiyada yanğın çıxdığını, maddi ziyan meydana gəldiyini qeyd edib. Milli neft şirkəti "Saudi Aramco" neft nəqlini dayandırıb. 

 

Falih, bu hücumların yalnız Səudiyyə Ərəbistanını hədəf almadığını, qlobal iqtisadiyyatı və dünyaya neft nəqlini hədəf aldığını qeyd edib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Nazir qeyd edib ki, bu hücumlar Yəməndə İranın dəstəklədiyi Husilər də daxil olmaqla terror qrupları tərəfindən həyata keçirilir. 

 

Dron ilə hücümdan sonra Brent neftinin qiyməti 1,2% artaraq 71.09 dollara qalxıb. 

14.05.2019 13:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ