Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qızılın unsiyası 1200 dollardan aşağı düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın unsiyası 1200 dollardan aşağı düşdü

Qızıl qiymətləri, müsbət çıxan ABŞ göstəriciləri və Fed-in Martda faiz artıracağı ehtimalının güclənməsinin ardından 1200 dollardan da aşağı düşüb.


 
"Marja" xəbər verir ki, qızılı unsiyası 1197.70 dollara qədər enərək 31 Yanvardan bu yana ən aşağı səviyyəsini görüb. 


 
Qızıl, aralarına Fed sədri Janet Yellenin də olduğu Fed rəsmilərinin "şahin tonlu" açıqlamalarının bu aykı iclasda faiz artıracağına dair gözləntilərin gücləndirməsindən mənfi təsirlənib. Bu həftə ABŞ özəl sektor məşğulluq göstəricisi də gözləniləndən daha yaxşı çıxıb.  Fedin gələn həftəki kritik toplantısı öncəki son mühüm göstərici Cümə günü (bu gün) açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisidir. Əgər bu göstərici də yaxşı çıxarsa qızıl daha da ucuzlaşa bilər. Digər tərəfdən, Avropa Mərkəzi Bankı, inkişafın güclənməsilə birlikdə təşviqi qaldırmayacağını qeyd edib.

10.03.2017 06:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ