Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mal ətinin qiymətində artım davam edir - marketlərdə qiymətlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mal ətinin qiymətində artım davam edir - marketlərdə qiymətlər

Azərbaycanda kifayət qədər fermer təsərrüfatının olmasına baxmayaraq, mal ətinin qiymətində artım müşahidə edilir.

 

“Marja” "Report"a istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan fermerlər bahalaşmaya əsas səbəb kimi mal-qaraya verilən yemlərin qiymətinin artmasını göstərirlər: "Məsələn, heyvanlara verilən yemin qiyməti əvvəllər bir çuval üçün 5-6 manat idisə, 2016-cı ilin sonunda bu qiymət 7-8 manatadək yüksəldi. Hazırda isə yemin bir çuvalı 10-12 manata satılır. Otun qiymətində də artım var. Hər bağlamada qiymət artımı 1 manat, 1 manat 50 qəpik təşkil edir, yəni əvvəllər bu qiymət 4 manatadək idisə, indi otun bir bağlaması 5 manatdan başlayan qiymətə satılır. Ən böyük artım isə kəpəyin qiymətindədir. Burada qiymət artımı iki dəfədən də çoxdur. 2 manata olan kəpək indi alıcılara 4 manat 50 qəpik - 5 manat arasında qiymətə satılır".

 

Qeyd edək ki, qış aylarında mal-qara üçün yem bazasının əsasını təşkil edən quru otun, kəpəyin, kökəltmə yemlərinin demək olar hamısı bahalaşıb.

 

Bakıda yerləşən ən böyük marketlər şəbəkələri arasında qiymətlərlə bağlı araşdırma aparılıb. Aşağıda həmin araşdırmanın nəticələrini əks etdirən cədvəli təqdim edirik:

10.03.2017 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ