Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Azərtütün” Belarusa tütün məhsulları ixrac edəcək - SƏNƏD İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərtütün” Belarusa  tütün məhsulları ixrac edəcək - SƏNƏD İMZALANDI

“WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak edən Belarus Respublikasının “Belqospişeprom” konserni ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC  arasında qarşılıqlı əməkdaşlıq barəsində niyyət protokolu imzalanıb.

 

“Azərbaycan Sənaye Korporasiyası”ndan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Protokolu Belarus Respublikası tərəfindən konsernin sədri  Aleksandr Zabello, Azərbaycan Respublikası tərəfindən Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıb.

 

Birgə əməkdaşlıq niyyəti daşıyan bu sənəd çərçivəsində məqsəd “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC ilə “Belqospişeprom” konserninin nəzdində fəaliyyət göstərən “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC arasında tütün məhsullarının ixracı üzrə müqavilənin imzalanması, 2019-cu ilin iyun-iyul aylarında qarşılıqlı səfərlərin təşkili, məhsul istehsalı sahəsində müəssisələr arasında təcrübə mübadiləsi, “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC-də tütün məmulatlarının istehsal prosesi ilə tanışlıq və birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində imkanların araşdırılması barəsində razılığın əldə olunmasıdır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“Azərbaycan Sənaye Korporasiyası” ASC sərgidə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi ” MMC,  “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC və “ASK Şəki Şərab” zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir, onalrın fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər.    

17.05.2019 11:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ