Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"İldə 30-40 min sahibkarlıq subyektləri bağlanır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İldə 30-40 min sahibkarlıq subyektləri bağlanır"

"Sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər".

 

Bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq institutu inkişaf edir:

 

"Özəl sektor Azərbaycan iqtisadiyyatının 80 faizini təşkil edir. Sahibkarlıqla məşğul olan insanların sayı 1 milyona yaxınlaşır".

 

O, KOBİA-nın fəaliyyətinə diqqət çəkib: "Bu istiqamətdə KOBİA mühüm işlər həyata keçirir".

 

Z.Səmədzadə əlavə edib ki, ildə 30 -40 min sahibkarlıq subyektləri bağlanır, ona görə ki, maliyyədən düzgün istifadə edilmir. 

 

"Bununla yanaşı, sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər. Təbii ki, kölgə iqtisadiyyatı var. Bu istiqamətdə ictimai şuraların yaradılması sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək. İctimai Şurada gələcəkdə monitorinqlər aparılmasını istərdim", - millət vəkili bildirib.

 

Deputat əlavə edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra işlər həyata keçirməliyik.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

20.05.2019 08:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ