Azərbaycanda nağdsız ödənişlərin inkişafına dair Yol xəritəsi hazırlanacaq
2017-ci ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı, “MasterCard” Beynəlxalq ödəniş sistemi və “Ernst &Young” Beynəlxalq audit şirkəti Azərbaycanda nağdsız ödənişlərin inkişafına dair Yol xəritəsini hazırlayacaq.
“AMB “Ernst &Young” ilə birgə “Nağdsız Azərbaycan” layihəsi üzərində işləyir. Layihəni cari ilin iyun ayının sonunda başa çatdırmaq planlaşdırılır”, - deyə “MasterCard”ın Azərbaycan üzrə meneceri Alper Meric “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransında çıxışı zamanı bldirib.
Onun sözlərinə görə, layihə çərçivəsində “Ernst &Young”ın həyata keçirdiyi sorğular vasitəsilə ölkə iqtisadiyyatında nağd vəsaitin rolu və həcmi qiymətləndiriləcək.
“AMB-nin üç məqsədi var: nağdsız ödənişlərin həcminin artımı, iqtisadiyyatın şəffaflığının artırılması və bununla da iqtisadiyyatın artımlna töhfə vermək”, - deyə A.Meric vurğulayıb.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl