Zaqatalada universitet və 60 ev ziyan görüb

Ötən axşamdan başlayaraq əsən şiddətli külək və yağan yağış Zaqatalada 60 evə ziyan vurub.

 

Bu barədə rayon Rayon Fövqəladə Hallar Komissiyyanın (FHK) sədri Tofiq Əhmədov məlumat verib. Onun sözlərinə görə, müraciətlər hələ də durmadan artır və bu, son rəqəm deyil:

 

“Sərt hava şəraiti əsasən Kebeloba, Car, Ziliban və Axaxdərə olmaqla, ümumilikdə 12 yaşayış məntəsində müşahidə olunub. Leysan xarakterli yağış, əsən güclü külək kənd təsərrüfatı, o cümlədən yeni əkilmiş sahələrə ciddi ziyan vurub".

 

T. Əhmədov qeyd edib ki, dağətəyi ərazilərdəki həyətyanı sahələr və zirzəmilərə su dolub, dam örtükləri uçub. İşıq, qaz və su təsərrüfatına da ziyan dəyib:

 

“Gecədən indiyə kimi Rayon Fövqəladə Hallar Komisiyyasının nümayəndələri iş başında olub və hələ də müxtəlif ərazilərdədirlər. Şəhər və kəndlərdə 100-dən çox ağac aşması ilə yanaşı, 4 çoxmərtəbəli yaşayış binası, İslam Universiteti, müxtəlif qurumların binaları və 60 yaşayış evinə ziyan dəyib”.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

FHK sədri əlavə edib ki, şəhər ərazisində su xəttinin partlaması səbəbindən bir müddət suyun verilişində məhdudiyyətlər yaranıb: "Günorta saatlarında suyun verilişi bərpa olunub. Ziyan görmüş avtomobillərin sayı isə hələ tam məlum deyil. Hazırda dəymiş ümumi ziyanın həcmi hesablanır".

20 May 2019 , 18:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin