Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzAlternativEnerji”nin zərəri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzAlternativEnerji”nin zərəri artıb

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 57 milyon 963 min manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,4% azdır.

 

2018-ci ildə “AzAlternativEnerji”nin cari aktivləri 9,7% azalaraq 167 min manata düşüb, uzunmüddətli aktivləri isə 1,4% artaraq 57 milyon 796 min manata çatıb.

 

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri təxminən 50% artaraq 29 min manat, cəmi kapitalı isə 1,9% artaraq 57 milyon 934 min manat olub.

 

Ötən il “AzAlternativEnerji”nin cəmi gəlirləri 3 milyon 972 milyon manat (əvvəlki ilə nisbətən 41,6% çox), o cümlədən əsas əməliyyat gəlirləri 439 min manat (29,1% çox), xərclərin ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayırmalar 3 milyon 534 min manat (43,4% çox), cəmi xərcləri isə 4 milyon 540 min manat (35,5% çox), o cümlədən insan resursları üzrə xərcləri 2 milyon 492 min manat (17,5% çox), əməliyyat xərcləri 999 min manat (3,1 dəfə çox), ümumi və inzibati xərcləri 388 min manat (5,15% çox), əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 661 min manat (23,3% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat zərəri 567 min manat olub ki, bu da illik müqayisədə 3,85% çoxdur.

 

2017-ci ildən fərqli olaraq 2018-ci ildən “AzAlternativEnerji”nin təxminən 2 min manat digər gəlirləri, eləcə də məzənnə fərqindən cüzi zərəri olub. Bununla da, şirkət ötən ili 566 min manat zərərlə başa vurub. Bu da əvvəlki ilə nisbətən 3,7% çoxdur.

 

Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report

21.05.2019 13:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ