Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Astarada çəltik əkininə başlanılıb - DAHA ÇOX SAHƏDƏ ƏKİLƏCƏK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Astarada çəltik əkininə başlanılıb - DAHA ÇOX SAHƏDƏ ƏKİLƏCƏK

Bir neçə gündür Astara rayonunda çəltik əkininə başlanılıb.

 

Reklam_3_11

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliklə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

 

Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb. 2018-ci ildə rayonda 450 hektar sahədə çəltik əkildiyi halda, bu il bu rəqəmin 500 hektara, gələcəkdə isə 1000 hektara çatdırılması nəzərdə tutulub.

 

Ötən il rayonda çəltikçilikdə məhsuldarlıq hər hektardan 37 sentner olmaqla, ümumilikdə, 1660 ton məhsul istehsal edilib. Bu il isə sahələrdən 1800 tona yaxın çəltiyin yığılması planlaşdırılır.

 

Rayonda çəltikçilik əsasən Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.

 

Çəltikçiliyin inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar gətirilir. Xüsusən çəltik toxumunun səpin üsulu ilə əkilməsi üçün yerlərin hazırlanmasına diqqət artırılıb.

 

Bazarlarda yerli düyünün qiyməti 4-5 manat arasındadır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün yerli düyüyə tələbat böyükdür.

 

Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Sevindirici haldır ki, artıq xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən də Astara düyüsünün sifarişçiləri var.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Azərtac 

22.05.2019 15:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ