Azərbaycana ayırdığı pul 4 dəfə azalıb
Avropa Yenidənqtrma və İnkişaf Bankı 2016-cı ildə Azərbaycanda layihələrə 63 mln. avro sərmayə yatırıb. Bu barədə bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ildə AYİB Azərbaycanda 9 layihənin kreditləşməsinə 269 mln. avro yönəldib. Beləliklə, 2015-ci ili göstəricisi ilə müqayisədə bank Azərbaycanda layihələrin maliyyələşməsini 4 dəfədən çox azaldıb.
“2016-cı ildə Azərbaycanda 9 layihənin kreditləşməsi üçün 63 mln. avro ayırıb”, - deyə bankdan qeyd ediblər.
Bütövlükdə, 1992-2016-cı illərdə bank ölkədə 161 layihənin maliyyələşməsinə 2 mlrd. 662 mln. avro ayırıb.
2017-ci ilin əvvəlinə bankın Azərbaycanda layihələr üzrə cari portfeli 939 mln. avro təşkil edir. Bu vəsaitin 43%-i - infrastruktur layihələri, 41%-i - energetika, 8%-i - sənaye və ASK sahəsi, daha 8%-i - respublikada maliyyə institutlarına təqdim edilən kredit resurslarına yönəldilib.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 56 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 2 saat əvvəl