Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Huawei-yə daha bir zərbə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Huawei-yə daha bir zərbə

ABŞ-ın "qara siyahı"ya saldığı Çinin texnologiya şirkəti Huawei-yə Google-ın ardından bir zərbə də Microsoft tərəfindən vuruldu. ABŞ-ın texnologiya nəhəngi Microsoft-un onlayn mağazası vasitəsilə satılan Huawei-nin kompüter modelləri satış siyahılarından çıxarılıb. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, kompüterlərində Microsoft-un Windows əməliyyat sistemini istifadə edən Huawei-nin modelləri artıq Microsoft-un onlayn mağazası Microsoft Store-da yer almır.

 

Microsoft-un mağazasında Huawei-nin məhsullarını axtaran istifadəçilər bu xəbərdarlıq mesajı ilə qarşılaşırlar: "Təəssüf ki, istədiyiniz səhifə tapılmadı".

 

Huawei-nin Apple-ın MacBook Pro-larına rəqib olaraq təqdim etdiyi Huawei Matebook X Pro modeli Microsoft-un mağazaları vasitəsilə satışa təqdim edilmişdi.

 

Huawei MateBook X Pro-nun i5 prosessor, 8 GB RAM və 512 GB-lik yaddaş xüsusiyyətinə malik olan modeli 1599 Avroya, i7 prosessor, 16 GB RAM və 1 TB yaddaşı olan modeli isə 1999 Avroya keçən ay satışa çıxmışdı.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Microsoft-un Çin şirkəti ilə Windows lisenziya razılaşmasına davam edib-etməyəcəyi bilinmir.

 

Yaşanan bu son vəziyyət Huawei-ni mobil cihazlarının ardından kompüterləri üçün də yeni bir əməliyyat sistemi axtarışına məcbur edir. 

 

Bilindiyimiz kimi, keçən həftə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət tərəfindən verilən qərar ilə,   Huawei daxil 70-ə qədər şirkət "qara siyahı"ya daxil edilmişdi. Qərara görə, siyahıdakı şirkətlərin ABŞ-da istehsal edilən məhsullardan və xidmətlərdən bir qərar olmadığı müddətdə istifadə edə bilməyəcəkləri açıqlanmışdı. Google da Çinli texnologiya şirkəti Huawei-nin ABŞ tərəfindən "qara siyahı"ya salınmasının ardından, Huawei istifadəçilərinin Google məhsullarına çıxışını təxirə saldığını açıqlamışdı.  

 

Daha sonra ABŞ Huawei-yə 90 gün möhlət verdiyini açıqlanmışdı. Çin şirkəti bu müddəti ərzində, dünya səviyyəsindəki əməliyyatlarının təsirlənməməsi üçün ABŞ-da istehsal edilən məhsulları satın almağa davam edə biləcək.

 

"YENİ ƏMƏLİYYAT SİSTEMİ BU İL HAZIR OLACAQ"

 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, Huawei-də İstehlakçı İş Qrupunun direktoru Richard Yu Huawei-nin öz əməliyyat sisteminin payıza qədər ağıllı telefonlar və kompüterlərdə istifadəyə hazır olacağını açıqlayıb.

 

Richard Yu əməliyyat sisteminin beynəlxalq bazarlar üçün 2020-ci ilin ilk ya da ikinci rübündə hazır olacağını söyləyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Richard Yu yalnız Huawei-nin Google və Microsoft ilə əməkdaşlığın tamamilə dayanması vəziyyətində şirkətin öz proqram sistemini inkişaf etdirəcəyini vurğulayıb.

 

Richard Yu, "Hələ Microsoft Windows və Google Android əməliyyat sisteminə bağlıyıq. Lakin bunu istifadə edə bilməzsək, Huawei öz B planını hazırlayacaq və öz əməliyyat sistemini istifadə edəcək" deyib. 

23.05.2019 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ