Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qazax Sement Zavodunun çiçəklənən dövrü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazax Sement Zavodunun çiçəklənən dövrü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) 21-ci əsrin inkişaf predimeti ölkə sənayesi ilə birbaşa bağlıdır. Ölkəmiz bu baxımdan inkişaf edərək, sürətlə böyüyən iqtisadi resurslarla zənginləşir. Sevindirici haldır ki, Azərbaycan regionda böyük investisiya layihələrini həyata keçirən ölkələr sırasındadır. Bu cür geniş miqyaslı layihələrin bir parçası olmaq Qazax Sement Zavodu üçün qürurvericidir. 

 

2013-cü ildən tam fəaliyyət göstərən Qazax Sement Zavodu 2014-cü ildən klinker istehsalı xətlərini istifadəyə verərək, Respublikamızda sənayenin inkişafında müstəsna yeri tutduğunu bir daha sübut etmişdir.  Qeyd edək ki, Zavod günü-gündən inkişafdadır. Zavod ərazisinin abadlaşdırılması, gül-çiçəklə əhatələnməsi, bahar təravəti saçması rəhbərliyin zavoda göstərdiyi diqqət və qayğının əyani göstəricisidir.

 

Dünya standartlarına cavab verən Qazax Sement Zavodunda, işçilərin komfortu üçün hər bir  şərait yaradılıb. İşçi personalının iş və yaşayış şəraitinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət yataqxana, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina,əməkdaşların fasilə zamanı  istirahət etməsi üçün zavod ərazisində xüsusi infrastruktur obyektləri inşa edilib. İşçi hüquqlarının qorunması da bu diqqət və qayğının tərkib hissəsinə daxildir.

 

Zavodun dörd bir yanının yaşıllaşdırılması, zavod həyətinin böyük park kompleksinə uyğun dizayn edilməsi həm işçi personalın həm də çoxşaxəli qonaqların könlünü oxşamaqdadır.

 

Qazax Sement Zavodunun fəaliyyət prioriteti ölkəmizin adını istər sənaye, istər infrastruktur baxımından hər zaman ön sıralarda təmsil və təbliğ etməkdir. 

24.05.2019 05:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ