Unibank 100.000-ci müştərisinə kompensasiya ödədi
® “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının operativ icrası məqsədilə gücləndirilmiş iş rejimində çalışan Unibank, 100.000-ci müştərisinə kompensasiya ödənişini həyata keçirib. Müştəri Zərifə İbrahimova bankdan ona düşən kompensasiya məbləğini əldə edib. Müştəri bildirib ki, adına kompensasiya hesablandığını da Unibank əməkdaşından öyrənib: “Unibank əməkdaşı evimizə zəng edib adıma olan kompensasiya vəsaitini götürməyim üçün fililala dəvət edəndə, çox sevindim. Bankda isə daha bir sürprizlə qarşılaşdım. Unibankdan kompensasiya alan 100.000-ci müştəri olduğum üçün mənə xüsusi hədiyyə verdilər”.
İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Bu həftə ərzində prosesin tam olaraq başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
Kompensasiya hesablanmış şəxslər siyahısında olan hər bir Unibank müştərisi bu həftə ərzində istədiyi Unibank filiala yaxınlaşıb, kompensasiya məbləğini rahat şəkildə əldə edə bilər.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 16 saat əvvəl