Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bank "Mastercard"la Anlaşma Memorandumu imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank "Mastercard"la Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Mastercard” təşkilatı arasında “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. 

 

Bu barədə AMB-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki,Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi məqsədilə beynəlxalq kart təşkilatları ilə davamlı olaraq əməkdaşlıq edir. Məhz qeyd olunmuş Dövlət Proqramı da, Mərkəzi Bankın strateji tərəfdaşı qismində çıxış etmiş Mastercard təşkilatı ilə birlikdə “Nağdsız Azərbaycan” layihəsi çərçivəsində aparılmış geniş analitik təhlil və bazar araşdırmaları nəticəsində hazırlanmışdır.

 

Memorandum çərçivəsində ölkədə innovativ ödəniş alətlərinin tətbiqi, maliyyə savadlılığının artırılması, regionlarda əhali və təsərrüfat subyektlərinin rəqəmsal ödənişlərə stimullaşdırılması istiqamətində tədbirlərin keçirilməsi, kiçik təsərrüfat subyektləri üçün ucuz ödəniş üsullarının tətbiqi, ölkənin ictimai nəqliyyat sistemində, təhsil və turizm sektorunda müasir ödəniş texnologiyalarının istifadə imkanlarının araşdırılması sahələrində əməkdaşlıq ediləcəyi razılığına gəlinib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir.

23.05.2019 16:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ