Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

11 bankın qiymətli kağızlara investisiyaları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
11 bankın qiymətli kağızlara investisiyaları azalıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 24-nin aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 11-də fond bazarında investisiyaların illik dinamikası mənfi olub.

 

Reklam_3_11

Həmin banklar "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Atabank", "Express Bank", "Bank BTB", "Nikoyl Bank", "Access Bank", "Ziraat Bank Azərbaycan", "Bank of Baku", "Turan Bank" və "Amrah Bank"dır. Ən çox azalma "Amrah Bank"da (100%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan"da (6,2%) qeydə alınıb.

 

11 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "PAŞA Bank", "Unibank", "Kapital Bank", "Bank Avrasiya", "Xalq Bank", "Bank Respublika", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Azərbaycan Beynəlxalq Bankı" və İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika "PAŞA Bank"da (5,2 dəfə), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (3,8%) qeydə alınıb.

 

1 bankın - "Muğan Bank"ın qiymətli kağızlara investisiyaları dəyişməyib, 1  bank - "Bank VTB Azərbaycan" isə fond bazarında investisiya qoymağa yenicə başlayıb.

 

7 bank - AGBank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank",  "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

 

4 bankın qiymətli kağızlara investisiyaları 200 milyon manatdan çoxdur

 

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

 

Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.

 

Digər 23 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 200 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 605,403 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,575  milyon manat), "Kapital Bank" (820,155 milyon manat) və "Xalq Bank" (268,11 milyon manat). 

 

Qiymətli kağızlara investisiyaların məbləği 12 bankda 10-100 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan da azdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Renkinq

24.05.2019 06:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ