Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı artıb

Bu ilin I rübündə xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının sayı 677,4 min nəfər təşkil edib.

 

Reklam_3_11

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib.

 

Səfərlərin 44,7%-ni 31-50 yaş qrupuna daxil olan şəxslər (303 min nəfər) həyata keçirib.

 

Ziyarətçilərin 216,5 min nəfəri turist olub. Onların 45,3%-ni qadınlar, 54,7%-ni isə kişilər təşkil edib.

 

Xarici səfərlərin 37,3%-i dost və ya qohumları ziyarət, 26,2%- alış-veriş, 15,6%-i biznes, 15%-i istirahət, 4,2%-i müalicə, 1,6%-i isə digər məqsəd daşıyıb.

 

Gürcüstandan xarici ölkələrə səfər edənlərin böyük əksəriyyəti Türkiyə və Azərbaycanı seçiblər. Hesabat dövründə Türkiyəyə 191,9 min nəfər (38,7%), Azərbaycana isə 112,1 min nəfər (22,6%) Gürcüstan vətəndaşı səfər edib.

 

Yanvar-mart aylarında Gürcüstandan olan ziyarətçilərin xarici ölkələrdə orta gecələmə müddəti 3,4-ə bərabər olub. Ziyarətçilərin 91,6%-ni həmin ölkələrə təkrar səfər edənlər təşkil edib.

 

Xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının 45,8%-i səfərdən çox məmnun qaldıqlarını bildiriblər.

 

Gürcüstan vətəndaşlarının xarici səfərlər zamanı xərcləri 359,3 mln. lari təşkil edib. Bir səfər üçün orta xərclər 741 lariyə bərabər olub. Xərclərin 33%-i qida və içkilərə, 25,9%-i alış-verişə, 20,5%-i yerləşməyə, 7,8%-i müxtəlif istirahət növlərinə, 4,9%-i yerli nəqliyyata sərf olunub. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Report 

24.05.2019 09:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ