Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələbi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələbi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İnformasiya təhlükəsizliyi vacib məsələdir və bununla bağlı qanun layihəsini bir qədər də sərtləşdirməliyik”. 

 

Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bu gün Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

 

O qeyd edib ki, dünyada intiharın sayına görə birinci yerdə olan Avropa ölkələri var. Azərbaycanda intiharların sayının bundan qat-qat az olmasına baxmayaraq, informasiya şişirdilir: “Sovet vaxtı intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub, bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də bunu təhrik edirlər. Televiziyalarımızın hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”. 

 

S. Novruzov qeyd edib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: “Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Xaricdə hər hansı bir portal yaradıb, Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar, oradan xəbərləri götürüb verənlər olur. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyət təsir edir”.

 

© APA

10.03.2017 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ