Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda istirahət günlərində gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin mayın 26-da axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Naxçıvan MR-da hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu və yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi mayın 26-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

24.05.2019 15:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ