Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması nə vaxt başlayacaq?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması nə vaxt başlayacaq?

"Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq".

 

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

 

"Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır".

 

C. Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

 

“Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”.

 

Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

27.05.2019 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ