Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Manat əmanətləri azalıb, Dollar əmanətləri 81%-i keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manat əmanətləri azalıb, Dollar əmanətləri 81%-i keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yanvar ayının sonuna olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin 81,2% xarici valyutada yerləşdirilib. Bu nisbət ötən ilin Dekabr ayının sonunda 79,6%-ə düşmüşdü. Beləliklə, xarici valyutada olan əmaəntlərin cəmi əmanətlərdə xüsusi çəkisi yenidən artıb.

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, Yanvar ayının sonuna fiziki şəxslərin (əhalinin) banklardakı 7 milyard 747,2 milyon manat əmanətinin 1 milyard 452,7 milyon manatı və ya 18,8%-i milli valyutada, 6 milyard 294,5 milyon manatı və ya 81,2%-i xarici valyutada yerləşdirilib.

 

Yanvarda milli valyutada olan əmanətlər 64,5 milyon manat azalıb, xarici valyutada olan əmanətlər isə 363,1 milyon manat artıb. Yanvarda Dollar Manat qarşısında bahalaşdığından xarici valyutada yerləşdirilmiş əmanətlər Manat ifadəsində artmış kimi görünür.

 

Banklardakı əmanətlərin 6 milyard 753,9 milyon manatı rezidentlərə, 993,3 milyon manatı qeyri-rezidentlərə məxsus olub.

10.03.2017 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ