Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 16 bankın öhdəlikləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 16 bankın öhdəlikləri artıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün öhdəlikləri illik müqayisədə azalıb.

 

Reklam_3_11

Bunlar "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Zıraat Bank Azərbaycan", "AGBank", "Express Bank", "Atabank", "Access Bank", "Bank Avrasiya", "Nikoyl Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku", "AFB Bank" və Pakistan Milli Bankının Bak filialındadır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (36,3%), ən az azalma isə "Azərbaycan Səaye Bankı"nda (0,6%) qeydə alınıb.

 

Qalan 16 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (48,8%), ən az artım isə "Bank BTB" və "Turan Bank"da (1,1%) baş verib. 

 

5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

 

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin öhdəlikləri 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 162,517 milyon manat), "PAŞA Bank" (4 193,674 milyon manat), "Kapital Bank" (3 162,903 milyon manat), "Xalq Bank" (1 931,529 milyon manat) və "Bank Respublika"dır (1 028,522 milyon manat).

 

Qalan 25 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 16 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 3 bankın öhdəlikləri 10-100 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 566 min manatdır.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© ˝Renkinq˝

29.05.2019 06:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ