Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bank əmanətlərinin sığorta sistemi "Bank VTB"ni qane etmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank əmanətlərinin sığorta sistemi "Bank VTB"ni qane etmir

"Azərbaycanda əhalinin bank əmanətlərinin sığorta sisteminin təkmilləşdirilməsinə zərurət var".

 

"Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.

 

“Bu gün mövcud olan əmanətlərin sığorta sistemi 2015-2016-cı illərdə müşahidə olunmuş böhran vəziyyəti üçün uyğundur. Bu gün sistem bazarın tələblərinə tam cavab vermir və təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o, bu gün mətbuat konfransında bildirib.

 

Sədrin sözlərinə görə, faiz dərəcələri üzrə maksimum tavanın yaradılması ötən illərdə effektiv idi. “Lakin bu gün qorunan əmanətin maksimum məbləğini müəyyən etmək lazımdır. Bu, müştərilərə bank seçimi zamanı daha diqqətli olmağa imkan verəcək və sektorda rəqabəti daha da yaxşılaşdıracaq”, - deyə Y.Kirin qeyd edib.

 

Xatırladaq ki, 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla tam sığortalanır və tam kompensassiya olunur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks - Azərbaycan

29.05.2019 12:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ