Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“DəmirBank” işçi axtarır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DəmirBank” işçi axtarır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“DəmirBank”   korporativ müştərilər üzrə məsləhətçi vəzifəsi  üzrə vakansiya elan edib.

 

Reklam_3_11

Vəzifə öhdəlikləri:

 

- Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
- Bankın korporativ məhsullarını və kredit məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştərilər qarşısında təmsil etmək;
- Mövcud bazaları təhlil edərək və əlaqə yaradaraq bütün növ korporativ məhsulların (hesablaşma kassa əməliyyatları, inkassasiya, əmək haqqı kartları, korporativ kart, depozitlər, qarantiya və akkreditivlər, kredit, kredit xətti, lizinq və s) satışını təmin etmək; 
- Cəlb edilən müştərilərin biznesini təhlil edib onlara ehtiyac duyulan məhsullar haqqında təklif paketi hazırlamaq;
- Cəlb etdiyi korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsinə təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair sahələrə və müştəri seqmentinə uyğun spesifik satış texnikaları formalaşdırılması istiqamətində təkliflər vermək.

 

Namizədə qarşı tələblər:

 

- Ali təhsil (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi olmalı (bank təcrübəsi olanlara üstünlük verilir);
- Stres altında işləmə qabiliyyəti olmalı;
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
- Yüksək satış qabiliyyətinə malik olmalı, biznes sferasını yaxından tanımalı,
- Bakı və rayon filiallarına ezam olunma imkanı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ müştərilər üzrə Məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur.

 

Elanın bitmə tarixi mart ayının 16-dır.

06.03.2017 16:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ