Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palata bank sektorunun göstəricilərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorunun göstəricilərini açıqladı

30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 769.1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 349.3 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 419.8 milyon manat olub.

 

Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

APRELDƏ CƏMİ AKTİVLƏR AZALIB

 

Müqayisə üçün qeyd edək ki, 31 mart 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 846.9 milyon manat, cəmi öhdəlikləri 25 milyard 533.2 milyon manat təşkil etmişdi. Sektorun balans kapitalı 4 milyard 313.7 milyon manat olmuşdu. 

 

31 Dekabr 2018-ci il tarixində isə bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri 25 milyard 430.6 milyon manat təşkil etmişdi. Sektorun balans kapitalı 4 milyard 71.8 milyon manat olmuşdu.

 

Aktivlər

 

Palatanın məlumatında bildirilir ki, Aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 674.8 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1.4% (110.9 milyon manat) artaraq 8 milyard 93.9 milyon manata çatıb.

 

Öhdəliklər

 

2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8 milyard 625.2 milyon manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3 milyard 155.5  milyon manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5 milyard 469.7 milyon manat təşkil edib.

 

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2% (278  milyon manat) artaraq 1 milyard 727.7  milyon manata çatıb. Hüquqi şəxslərin ümumi depozitlərin ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

 

Balans kapitalı

 

Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1 mln. manat) artaraq 4,419.8 mln. manata çatıb.

 

Mənfəət və zərər

 

Aprel ayında bankların əməliyyat mənfəəti 288.4 mln. manat, xalis mənfəəti isə 347.9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.8%, kreditlər üzrə faiz gəlirləri isə 18.2% artıb.

 

Ümumi məlumatlar

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub. Bank sektorunun  işçi  heyətinin sayında artım aprel ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1.3% (233 nəfər) artaraq 17 982 nəfər təşkil edib.

 

30 aprel 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəriciləri

30.05.2019 14:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ