Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Əhali banklara müddətli əmanət yerləşdirməyə böyük maraq göstərmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhali banklara müddətli əmanət yerləşdirməyə böyük maraq göstərmir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 Aprel 2019-cu il tarixinə banklarda fiziki şəxslərin depozitləri (əsasən əhalinin əmanətləri) 8 milyard 625 milyon manat təşkil edib.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Paltasının aylıq statistikasına istinadən xəbər verir ki, Mart ayının sonu ilə müqayisədə Apreldə fiziki şəxslərin depozitləri 371 milyon manat və ya 4,5% artıb. Martın sonunda fiziki şəxslərin banklarda 8 milyard 254 milyon manat depozitləri var idi. Apreldəki artım banklara müddətli depozit yerləşdirilməsi ilə bağlı deyil. Tələbli depozitlərdəki artım cəmi depozitlərin artmasına təsir göstərib.

 

Belə ki, depozitlər müddətli və tələbli depozitlərdən ibarətdir. Apreldə müddətli depozitlər cəmi 4 milyon manat, tələbli depozitlər isə 367 milyon manat artıb. 30 Aprel 2019-cu il tarixində müddətli depozitlər 5 milyard 470 milyon manat, tələbli depozitlər isə 3 milyard 156 milyon manat təşkil edib. 

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri tələbli depozitlərə daxil edilir. Fərdi sahibkarların depozitləri Martın sonundakı 85,6 milyon manatdan 89,8 milyon manata yüksəlib.  

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda fiziki şəxslərin depozitləri 8 milyard 270 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 479 milyon manat, tələbli depozitlər 2 milyard 791 milyon manat təşkil etmişdi. Ötən ilin sonu ilə müqayisədə ilk 4 ayda müddətli depozitlər 7 milyon manat azalıb. 

 

Müddətli depozitlər:

 

Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

 

Tələbli depozitlər:

 

Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır. (həmçinin vəsait saxlanma müddətinə uyğun olaraq faizlərin artırdığı əmanətlər də vardır, məsələn ilk ay 2%, növbəti ay 3% və s).

30.05.2019 15:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ