Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rusiya bankı SOCAR-ın layihəsinə 700 milyon dollar ayıra bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya bankı SOCAR-ın layihəsinə 700 milyon dollar ayıra bilər

 
"Qazprombank" SOCAR-ın Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksinin (SOCAR-GPC) inşasına 700 mln. ABŞ dollarınadək  vəsait ayıra bilər.

 

Reklam_3_11

Bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən "Qazprombank"ın Neft-qaz emalı, kimya və mineral gübrələr idarəsinin rəhbəri Vyaçeslav Oxotin bildirib.

 

Onun sözlərinə hörə, hazırda bank bir sıra idxal-ixrac agentlikləri ilə sindikatlaşmış maliyyələşdirmə ilə bağlı danışıqlar aparır.

 

Xatırladaq ki, SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten, 1,21 min ton heksen-1 istehsalı planlaşdırılır.  Burada “Technip”, “Axens”, “Sinopec Tech” və “Univation” şirkətlərinin texnologiyalarından istifadə ediləcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© ONA

30.05.2019 16:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ