PAŞA Bank "Monex Caspian" Sammitində iştirak edib
(®) PAŞA Bank 30 may tarixində Bakıda təşkil olunmuş Monex Caspian sammitində iştirak edib.
Hər il maliyyə sektorunun aparıcı ekspertlərinin bir araya gəldiyi konfransda bu dəfə iştirakçılar tərəfindən aparılan əsas müzakirələr bank sektorunun inkişafında müasir tendensiyalar, bank məhsulları və xidmətlərinin rəqəmsallaşdırılması, ödəniş xidmətlərində innovativ texnologiyaların tətbiqi və s. kimi mövzular ətrafında qurulmuşdur. Tədbir əsnasında yerli və xarici ekspertlər elektron ticarətin inkişafı, investisiya mühitinin gücləndirilməsi, fintek şirkətlərinin müasir bazardakı rolu, texnoloji dəyişikliklər fonunda təşkilatların transformasiyası, “blockchain” texnologiyalarının inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov "Changing Face of Banking" mövzusu panelindəki çıxışı zamanı PAŞA Bankın 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində aparılan transformasiya işləri haqqında məlumat verib.
“Bank 2020-ci ilin sonunadək Azərbaycanın ilk rəqəmsal bankı olmağı planlaşdırır. Xidmət və məhsulların rəqəmsallaşdırılması gündəmdə olan ən aktual məsələdir. PAŞA Bankda aparılan transformasiya işləri çərçivəsində 5 agile squad yaradılmışdır və bu ilin sonunadək satış blokunun da agile formata keçməsi nəzərdə tutulur. Bu transformasiya çərçivəsində ekspert bacarıqları ilə yanaşı işçilərin bu prosesin uğurunda həlledici olan “yumşaq” bacarıqlar adlanan komanda işi, kommunikasiya, empatiya kimi bacarıqlarının inkişafına da xüsusi diqqət yetirilir. Qarşımızdakı illərdə Azərbaycanın bank sektoru dəyişməyə davam edəcək və iqtisadiyyatın real sektorunun inkişafına dəstək verən PAŞA Bank qabaqcıl və çevik texnoloji həlləri təqdim etməklə bazarda aparıcı maliyyə qurumu mövqeyini qoruyub saxlayacaq” – deyə T.Kazımov nitqini tamamlay;b.
Qeyd edək ki, ölkəmizdə təşkil olunmuş 3 günlük Monex Caspian sammiti öz işini 1 iyun tarixində yekunlaşacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl