Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan "Boeing" təyyarələrini almaqdan imtina etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan "Boeing" təyyarələrini almaqdan imtina etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX 8” təyyarəsinin alınması haqqında bağlanmış müqaviləni ləğv edib.

 

Bu barədə "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.

 

“Biz “Boeing 737 MAX-8” təyyarələrinin təhlükəsizliyi ilə bağlı səbəblərdən onları almaqdan rəsmi qaydada imtina etmişik”, - deyə AZAL-dan bildiriblər.

 

2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən 1 mlrd. dollar təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.

 

Qeyd edək ki, son zamanlar “Boeing 737 MAX” təyyarələrinin qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.

 

Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

03.06.2019 09:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ