Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Golden Crown Ramazan Payı” kampaniyası başa çatdı: 1000-dən çox ailəyə ərzaq yardımı çatdırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Golden Crown Ramazan Payı” kampaniyası başa çatdı: 1000-dən çox ailəyə ərzaq yardımı çatdırıldı

(®) Yeni Zelandiya istehsalı olan “Golden Crown” kərə yağı markasının keçirdiyi “Ramazan payı” kampaniyası başa çatıb.

 

Kampaniya müddətində 1000-dən çox imkansız ailəyə ərzaq yardımı çatdırılmışdır. Ərzaq yardımı 1 kq-lıq GOLDEN CROWN kərə yağı da daxil olmaqla zəruri ərzaq məhsullarından ibarət olmuşdur.

 

Xatırladaq ki, xeyriyyə aksiyası “Alınan hər 1 kq “Golden Crown” kərə yağından 1 AZN imkansız ailələrə yardıma sərf olunur!” şüarı altında keçirilmişdir. Beləliklə “Golden Crown” öz alıcılarını bu xeyriyyə askiyasında iştiraka cəlb etmişdir.

 

Kampaniya çərçivəsində Masazırda yerləşən İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin nəzdində olan yaşayış kompleksində məskunlaşan ailələrə – 150, Qaradağ Rayon Əlillər Cəmiyyətinin üzvlərinin ailələrinə – 81, Bakıxanov qəsəbəsində yerləşən məsciddə qeydiyyatda olan ailələrə – 100, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyində qeydiyyatda olan ailələrə – 15, Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyində qeydiyyatda olan ailələrə – 27, Bakı şəhəri və ətraf ərazilərdə yaşayan imkansız aiələlərə – 225-dən çox, həmçinin Şamaxı – 28, Quba – 57, Qusar – 43, Oğuz – 100, Şəki – 50, Qax – 50, Zaqatala – 100, Balakən – 35, Füzuli – 15 olmaqla regionlar üzrə 478 ailəyə “Golden Crown Ramazan Payı” ərzaq yardımı çatdırlmışdır.

 

2003-cü ildə əsası qoyulan “Vest Produkt Marketinq” MMC, elə həmin ildən etibarən “Westland Milk Products” şirkəti ilə müqavilə imzalayaraq, “Westland Milk Products” şirkətinin MDB ölkələri üzrə rəsmi distribütoru olmuşdur. “Westland Milk Products” istehsalı olan və “Vest Produkt Marketinq” MMC tərəfindən idxal məhsullardan biri də Yeni Zelandiyada nehrə yağı üsulu ilə 100% təbii inək südündən istehsal edilən GOLDEN CROWN markalı kərə yağlarıdır.

04.06.2019 11:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ