Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı

Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti Azərbaycana yeni metro vaqonları göndərib.

 

Reklam_3_11

İyunun 4-də Moskva vilayətinin Mıtişi şəhərindən Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb. Bu münasibətlə keçirilən təntənəli tədbirdə “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin baş direktoru Kiril Lipa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov, “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov, KİV nümayəndələri iştirak ediblər.

 

Bakıya hər biri 5 vaqondan ibarət iki qatar yola düşüb. İl ərzində daha 20 vaqonun Bakıya göndəriləcəyi gözlənilir.

 

Xatırladaq ki, bu ilin fevralında Bakıda “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edilməsinə dair müqavilə imzalayıblar.

 

Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanmış vaqonların qapıları daha enlidir. Qapıların açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib, konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabaları və velosipedlər üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

 

Bakı Metropoliteni və “Metrovaqonmaş”ı uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı Metropolitenini qatarla təmin edir. Hazırda Bakı metrosunda “Metrovaqonmaş”da istehsal olunmuş 300-ə yaxın vaqon hərəkət edir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

04.06.2019 13:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ