Unibankın dəstəyi ilə forum keçirilib

(®) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Unibankın dəstəyi və PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ümumtəhsil müəssisələrində psixoloji böhran və ona yanaşma metodları" adlı I Milli Forum keçirilib.

 

200-ə yaxın təhsil işçisinin iştirak etdiyi forumda, orta məktəblərdə psixoloji böhran halları zamanı çıxış yolları və məktəblilərə psixoloji dəstək istiqamətində məruzələr olunub.  Məktəblərdə psixoloji böhran halı, böhran zamanı şagirdlərin reaksiyaları, uşaq və yeniyetmələrdə böhranın qiymətləndirilməsi, psixoloji böhran zamanı məktəbin idarə olunması ilə bağlı mütəxəssis çıxışları maraqla qarşılanıb.  Foruma qatılanlar məktəblərdə hansı halların şagirdlər üçün psixoloji böhran olduğu, belə hallarda şagirdlərdə hansı davranışların və duyğuların müşahidə oluna biləcəyi, ümumi olaraq bu hallar yaşanıldıqdan sonra məktəb kollektivinin gələcəkdə hansı işləri görməli olduqları haqda suallara cavab tapıblar. Təhsil işçiləri bu mövzularda öz fikirlərini bölüşüblər, məktəbdə şagirdlərin qarşılaşdıqları real psioxoloji böhran halları nümunəsində mütəxəssislərin çıxış yolları ilə bağlı tövsiyyələrini dinləyiblər.

 

Sonda tədbirdə iştirak edən müəllim və psixoloqlara sertifikatlar təqdim olunub.

 

4 İyun 2019 , 18:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin