Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Artan himayəçilik təhdidi və digər faktorlar faiz artırmağa imkan vermir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Artan himayəçilik təhdidi və digər faktorlar faiz artırmağa imkan vermir"

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi, iqtisadi şərtlərin normal olmaqdan çox uzaq olduğunu bildirərək, "Artan himayəçilik təhdidi və digər faktorlar faiz nisbətlərində hər hansı bir artıma imkan vermir", - deyib. 
 

"Marja" xəbər verir ki, dünən Mario Draghi, AMB-nin faiz qərarının açıqlanmasının ardından təşkil edilən mətbuat konfransında çıxış edib.
 

Bu ilin birinci rübdə məlumatların gözləniləndən yaxşı gəldiyini deyən Draghi, buna baxmayaraq geo-siyasi qeyri-müəyyənliklərin, getdikcə artan himayəçilik (proteksionizm) təhdidinin və bazarlardakı kövrəkliklərin Avro Bölgəsinin iqtisadiyyatlarına təzyiq etdiyini qeyd edib.
 

Həmçinin Draghi, Avro Bölgəsində daha çox məşğulluq ilə artan işçi maaşlarının, bölgə iqtisadiyyatının müqavimətini və inflyasiyanı dəstəkləməyə davam etdiyini izah edib.

 

AMB İdarə heyətinin mənfi iqtisadi vəziyyətlərdə hərəkətə keçməyə qərarlı olduğunu ifadə edən Draghi, "İnflyasiya hədəfinə çatmaq üçün bütün vasitələri istifadə etməyə hazırıq" deyib.
 

Draghi, Avro Bölgəsində "deflyasiya" ehtimalının olmadığını, "durğunluq" ehtimalın da çox aşağı olduğunu dilə gətirib.
 

Draghi, "Hazırkı maliyyə şərtlərini qorumaq məcburiyyətindəyik" ifadəsini istifadə edib.
 
 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

Dünən AMB faiz nisbətlərini dəyişmədi, pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0,40 faizdə və marjinal  maliyyələşmə faizini də 0,25%-də saxladı.
 

AMB-nin İdarə Heyəti, faiz nisbətlərinin, heç olmasa 2020-ci ilin ortalarına qədər və inflyasiya hədəfi olan 2 faiz təmin olduğu müddətcə mövcud səviyyələrdə qalacağını nəzərdə tutur.  

07.06.2019 06:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ