“AMINOL” Dünya brendinə çevrilir
® Qatqılar sahəsində Dünya birincisi olan “LUBRIZOL Corporation”-un Şərqi Avropa və MDB ölkələri üzrə direktoru Gottfried A. Pollack, idarəedici direktoru Artemiy Redçenko, və Rusiya üzrə mütəxəssisi Aleksey Tinyakov “AMINOL” şürtkü yağları zavodunun qonağı olmuşdur.
Səfərin əsas məqsədi “LUBRIZOL” ilə “AMINOL” arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.
Səfər zamanı motor yağları istehsalçılarının beynəlxalq və ən əsas, keyfiyyət göstəricisi olan API (American Petroleum İnstitute) sertifikatının alınması üçün “AMINOL” sürtkü yağları zavodunda istehsal edilən yağların “LUBRIZOL”-un laboratoriyalarında sınaqdan keçirilməsini öz öhdəsinə götürüb.
Bundan əlavə, Lubrizol şirkətinin istehsal etdiyi yeni Heavy Duty Engine Oil (HDDEO) qatqılarının təqdimatı keçirilib. “AMINOL” həmin qatqılardan istifadə edərək yağlar istehsal edəcək. Bu yeni nəsil dizel və benzin mühərriklərində yanacağa qənaət edilməsinə, yürüş məsafəsinin 30,000 km-dən çox olmasına, mühərriklərin uzun ömürlü olmasına və saz vəziyyətdə saxlanmasına xidmət etməklə yanaşı, ətraf mühitin qorunması, xüsusilə havanın çirklənməsinin qarşısını alacaqdır.
Bütün bunlardan əlavə, “AMINOL” ILSAC (Beynəlxalq Sürtkü Yağları Standartlaşdırma və Təsdiq Komitəsi) və OEM (Orijinal avtomobil istehsalçıları) sertifikatlarının alınması istiqamətində iş aparmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 d. əvvəl
-
59 d. əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl