Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ-dan İrana yeni sanksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan İrana yeni sanksiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Xəzinə Nazirliyi yanında Xarici Aktivlərin İdarəedilməsi Ofisi (OFAC), İranın ən böyük neft-kimya şirkəti olan "İran Körfəzi Neft-kimya Sənayesi Şirkəti"ni (Persian Gulf Petrochemical Industries Company/PGPIC) və 39 törəmə şirkətini sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

 

Reklam_3_11

"Marja" OFAC-dan verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, sanksiyaya səbəb olaraq söz mövzusu şirkətlərin İran İslam İnqilabı Keşişçiləri Ordusuna (IRGC) aid "Khatam al-Anbiya" adlı inşaat şirkətinə maddi dəstək təmin etməsi göstərilib.

 

"Khatam al -Anbiya" və "Basij Cooperative Foundation" kimi şirkətlərin İranın biznes və maliyyə sektorlarında böyük aktivlərə malik olduğu qeyd edilən açıqlamada,  bu şirkətlərin müdafiə, inşaat, hava nəqliyyatı, neft, bank, metalurgiya, avtomobil və mədənçilik kimi milyardlarla dollarlıq müəssisələrə nəzarət edərək İran İslam İnqilabı Keşişçiləri Ordusuna maliyyə dəstəyi təmin etdiyi qeyd edilib.

 

Digər tərəfdən, açıqlamada söz mövzusu ana şirkətlərə aid 39 törəmə şirkətə və fərdlərə də sanksiya tətbiq olunduğu qeyd edilərək, "PGPIC və əlaqəli neft-kimya şirkətlər qrupu, İranın neft-kimya istehsal gücünün 40%-nə nəzarət edir və İranın cəmi neft-kimya ixracının 50%-nə həyata keçirir" ifadələrinə yer verilib.

 

Sanksiya qərarına dair yazılı açıqlamada ABŞ Xəzinə naziri Steven Mnuchin bunları qeyd edib:

 

"Bu şirkəti hədəfləyərək, İranın IRGC-yə dəstək təmin edən maliyyə mənbəyini kəsməyi hədəfləyirik. Bu hərəkət, neft-kimya sektorunda və IRGC-yə maliyyə olaraq həyat imkanı təmin edən digər şirkətləri hədəfləməyə davam edəcəyimizin bir xəbərdarlığıdır".

08.06.2019 09:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ