Çin təbii qaz ehtiyacını ödəmək üçün Rusiya şirkətləri ilə müştərək müəssisə yaradır
Emal həcminə görə dünyada birinci olan "China Petroleum and Chemical Corporation" ("Sinopec") Rusiyanın "Novatek" və "Gazprombank" şirkətləri ilə müştərək müəssisə yaratmaq barədə razılığa gəlib.
"Sinopec"in yaydığı məlumata görə, məqsəd Çin bazarını təbii və mayeləşdirilmiş təbii qazla (LNG) təmin etməkdir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiyaya səfərindən sonraya təsadüf edən razılaşmaya əsasən, müştərək müəssisə "Novatek" şirkətinin hasil və istehsal edəcəyi təbii qazı və LNG-ni Çinə idxal edərək, daxili bazarda satacaq.
"Sinopec"in prezidenti Day Houlian bildirib ki, razılaşma Çinin artan təbii qaz idxalının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, ötən il 90,385 milyon ton təbii qaz (həm LNG, həm də boru kəmərləri ilə idxal edilən qazın ümumi həcmi) idxal edən Çin bu göstərici ilə Yaponiyanı qabaqlayaraq dünyada ən böyük "mavi yanacaq" idxalçısına çevrilib. Ötən il Çinin təbii qaz idxalı əvvəlki illə müqayisədə 31,9 faiz artıb. Ölkənin xarici təbii qazdan asılılığı 45 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
59 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl