Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkarların kommunal xidmətlərə qoşulmasına dair onlayn tədbir keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarların kommunal xidmətlərə qoşulmasına dair onlayn tədbir keçiriləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 12-də saat 11.00-da sahibkarlar üçün kommunal xidmətlərə qoşulma prosedurlarına dair onlayn maarifləndirici tədbir keçiriləcək.

 

Onlayn tədbirdə “Azərişıq”, “Azərsu”, “Azərenerji” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri kommunal xidmətlərə qoşulma sahəsində qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verəcək, bu xidmətlərə qoşulma prosedurları barədə sahibkarların suallarını cavablandıracaqlar.

 

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyuter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 595106533):

 

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/595106533 linkinə daxil olmaqla;

 

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

 

Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

 

Tədbirə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət etmək olar (055 525 30 30, Adil Əhmədov).

10.06.2019 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ