Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

KASKO-da ödənişlər yığımlardan sürətli artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
KASKO-da ödənişlər yığımlardan sürətli artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 9 milyon manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 247 min manat və ya 2,8% çoxdur. 2018-ci ilin yanvar - aprel dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 8 milyon 752 min manat sığorta haqları hesabalanmışdı.

 

2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 2019-cu ilin ilk 4 ayı ərzində könüllü avtomobil sığortası üzrə ödənişlər 659 min manat və ya 23,3% artıb. 2018-ci ilin yanvar - aprel ayları ərzində 2 milyon 831 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 3 milyon 490 min manata qalxıb.

11.06.2019 06:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ