Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Depozit portfelimiz o qədər sürətlə artır ki, xarici kreditlər bizə lazım olmayacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Depozit portfelimiz o qədər sürətlə artır ki, xarici kreditlər bizə lazım olmayacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AccessBank” yaxın 1-2 il ərzində xaricdən kredit cəlb edəcəyini gözləmir.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu AccessBank-ın təşkilatçılığı ilə keçirilən biznes forumda Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

 

“Depozit portfelimiz o qədər sürətlə artır ki, bizim daxili proqnozlar ilə, yazın 1-2 il ərzində xarici kreditlərdən istifadə etmək bizə lazım olmayacaqdır. Depozitlərin yerli valyutada artması kreditləşmənin yerli valyutada aparılmasına kömək edir”.

 

Anar Həsənov qeyd edib ki, hər ay "AccessBank"ın depozit portfeli 20-30 milyon manat civarında artır. Eyni zamanda, Bank tərəfindən hər ay təxminən 30 milyon manatlıq 5000 kredit verilir. 

 

Bankın sədri əlavə edib ki, depozitlərin sürətlə artmasının səbəbləri əmanətlərin tam sığortalanmasının daha bir il uzadılması, ölkdə iqtisadi aktivliyin, əhalinin gəlirlərinin artması və səhmdarları nüfuzlu beynəlxalq təşkilatlar olduğundan “AccessBank”a olan əlavə inamdır.

 

Anar Həsənov vurğulayıb ki, hedc qiymətləri yüksək olduğundan xaricdən kredit cəlb etmək sərf etmir: “1,5% ilə yerli bazardan xarici valyutada vəsait cəlb etmək daha sərfəlidir. Artıq verdiyimiz kreditlərin də 97%-i milli valyuta ilədir. Xarici valyuta ilə kreditlər yalnız gəliri xarici valyutada olan müştərilərə ayrılır”.

11.06.2019 14:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ