Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Al telefonuna yapışdır, sürətli ödəniş et - AZƏRBAYCANDA BİR İLK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Al telefonuna yapışdır, sürətli ödəniş et - AZƏRBAYCANDA BİR İLK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bank Respublika" yeni ödəniş məhsulunu təqdim edib.

 

Reklam_3_11

"Marja"nın məlumatına görə, PayPass Sticker adlanan məhsul sevimli əşyaları ödəniş vasitəsinə çevirməyə imkan verir.

 

Bankın müştəriyə təqdim etdiyi stkeri telefona, çantaya və.s əşyalara yapışdırmaqla kart daşımaqdan xilas olmaq mümkündür.

 

PayPass Sticker ticarət və xidmət obyektlərində bir toxunuşla ödəniş imkanı verir.

 

PayPass Sticker-i "Bank Respublika"nın istənilən MasterCard kartına bağlamaq mümkündür. Bu stikeri almaq üçün bir dəfə "Bank Respublika" filialına yaxınlaşmaq lazımdır.

 

Təqdimat mərasimində "Bank Respublika" ASC İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirdi ki, PayPass Stiker bağlı olduğu bank kartının balansından bir saniyəyə ödəniş etmək imkanı verir. Ödəniş üçün PayPass Stiker-in yapışdırıldığı əşyanı supermarketdə, yanacaqdoldurma məntəqəsində və s. obyektlərdə təmassız (contactless) POS terminala yaxınlaşdırmaq kifayətdir.

 

Çoxlarında, "Məsələn, stikerin yapışdırıldığı telefon itərsə ondan istifadənin qarşısı necə alınacaqdır?" sualı yaranacaqdır. Təqdimat mərasimində bildirildi ki, bir kart itdiyi və oğurlandığı zaman hansı addımlar atılırsa, PayPass Stikerin yapışdırıldığı əşya da itdiyi və oğurlandığı zaman eyni tapşırıqları yerinə yetirmək tələb olunur.

 

PayPass Stikerdən, 50 manatadək ödənişlərdə şifrəsiz, 50 manatdan yuxarı ödənişlərdə idə şifrəni POS-terminalda yığmaqla istifadə etmək mümkündür. 

 

11.06.2019 18:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ