Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Polad sektorundakı nəhəng birləşməyə rədd cavabı verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Polad sektorundakı nəhəng birləşməyə rədd cavabı verildi

Avropa Birliyi (AB), polad sektorunda Hindistanın "Tata Steel" və Almaniyanın "ThyssenKrupp" şirkətlərinin birləşməsinə razılıq vermədi.

 

"Marja" xəbər verir ki, AB Komissiyasının Rəqabətdən Məsul Üzvü Margrethe Vestager, Brükseldə təşkil etdiyi mətbuat konfransında, "Tata Steel" və "ThyssenKrupp"un birləşməsinə icazə verilmədiyini açıqlayıb.

 

Polad sektorunda rəqabət mühitinin əhəmiyyətli olduğunu qeyd edən Vestager, söz mövzusu birləşməni Avropadakı sənaye və istehlakçıları qorumaq məqsədilə əngəllədiklərini bildirib.

 

Vestager, birləşməyə yüksək polad qiymətlərinə səbəb olacağı səbəbilə icazə verilmədiyini vurğulayıb.

 

Avropa Birliyində rəqabətə zidd bir vəziyyət olub-olmadığına nəzarət etmək səlahiyyəti AB Komissiyasındadır. Komissiya, araşdırma və istintaqlar ilə rəqabətə zidd vəziyyət olub olmadığını qiymətləndirir.Rəqabətə zərər verəcək vəziyyətlərin təsbit edilməsi halında AB Komissiyası birləşmə və ya satınalmaya maneə törədə bilir.

 

"ThyssenKrupp" və  "Tata"nın birləşməsi ilə Avropanın ən böyük 2-ci polad istehsalçı "doğulacaqdı".
 

Bazarda balansı pozan ucuz Çin poladı ilə daha yaxşı rəqabət etməyi də qarşısına məqsəd qoyan birləşmədən yaranacaq yeni şirkətin adı "ThyssenKrupp Tata Steel" olacaqdı. Birləşmə 50/50 faiz şərikliklə baş tutacaqdı.

11.06.2019 20:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ