ABŞ-ın xam neft ehtiyatlarında sürpriz artım
ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,2 milyon barel artıb. Ehtiyatların 1 milyon barel düşməsi gözlənirdi.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 2,2 milyon barel (0,5%) artaraq 485,5 milyon barelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları bir əvvəlki həftə 6,8 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 800 min barel artaraq 234,9 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 3,2 milyon barel artmışdı.
Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 98 min barel azalıb. 1-7 İyun həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,3 milyon barel səviyyəsində reallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
40 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
48 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 50 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl