Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatlarında sürpriz artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatlarında sürpriz artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,2 milyon barel artıb. Ehtiyatların 1 milyon barel düşməsi gözlənirdi. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 2,2 milyon barel (0,5%) artaraq 485,5 milyon barelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları bir əvvəlki həftə 6,8 milyon barel artım qeyd etmişdi.

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 644,8 milyon bareldə qalıb. 

 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 800 min barel artaraq 234,9 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 3,2 milyon barel artmışdı.

 

Ölkənin xam neft istehsalı keçən həftə bir əvvəlki həftə ilə müqayisədə gündəlik ortalama 98 min barel azalıb.  1-7 İyun həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 12,3 milyon barel səviyyəsində reallaşıb.

13.06.2019 08:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ