Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

7,2 milyard manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
7,2 milyard manatı "yedik-içdik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 14,3 milyard manata bərabər olmuşdur. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artmışdır.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2018-ci ilin yanvar- may aylarınanisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

14 328,4

102,8

o cümlədən:

ərzaq məhsulları

6 475,2 

102,5

içkilər və tütün məmulatları

  712,5

101,0

toxuculuq məhsulları, geyim və ayaqqabılar

2 585,4

103,2

elektrik malları və mebellər

874,4

102,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

102,6

104,0

əczaçılıq və tibbi mallar

183,7

104,7

avtomobil yanacağı

813,9

101,9

digər qeyri-ərzaq məhsulları

     2 580,7

103,3

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,5 faizi ticarət müəssisələri, 48,4 faizi fərdi sahibkarlar tərəfindən, 31,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 5,4 faiz azalmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

14.06.2019 10:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ