Beynəlxalq Bankdan Novruz kampaniyaları
Azərbaycan Beynəlxalq Bankı öz müştəriləri üçün xoş Novruz sürprizləri hazırlayıb.
Novruz bayramı münasibətilə 13 mart 2017-ci il tarixindən 31 mart 2017‑ci il tarixinə qədər Bankda 2 güzəştli kampaniyaya start verilir.
Bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində Bankda manat depoziti yerləşdirən müştərilərin illik depozit faizlərinə 1% əlavə olunacaq. Azərbaycan Beynəlxalq Bankında depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.
Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə VISA və MasterCard Gold və Platinum kartlarını 50 % endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində Gold kartlarını cəmi 15, Platinum kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün MobilBank və İnternetBank tam pulsuzdur. Kampaniyalar barədə ətraflı: https://www.ibar.az/individual/novruz-qazanciniz-bol-olsun/
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl