2019-cu ilin I rübündə Azərbaycandan 740,8 milyon dollar məbləğində kapital çıxarılıb (cəlb olunmuş investisiyaların repatriasiyası).
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2018-ci ilin yanvar-mart aylarında Azərbaycandan 889 milyon dollar məbləğində kapital çıxarılmışdı. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 16,6% azalıb.
Ötən ilin 1-ci rübündə Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar 1 milyard 17.8 milyon dollar ikən, 2019-cu ilin eyni dövründə 808.7 milyon dollar təşkil edib.
2018-ci ildə Azərbaycandan 3 milyard 156,2 milyon dollar məbləğində kapital çıxarılıb ki, bu da 2017-ci illə müqayisədə 11,9% çoxdur.
Cari ilin yanvar-mart aylarında Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 89,6 milyon dollar (2018-ci ilin I rübündə 71 milyon dollar) məbləğində faiz ödənişi həyata keçiriblər.