Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İxracında Səudiyyə Ərəbistanı, idxalında Çin liderdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxracında Səudiyyə Ərəbistanı, idxalında Çin liderdir

Səudiyyə Ərəbistanı keçən il ən çox xam neft ixrac edən ölkə olub.

 

Reklam_3_11

"Marja"nın "BP 2019 Dünya Enerjisinin Statistik Mənzərəsi" hesabatından yıydığı məlumatlara görə, keçən il Səudiyyə Ərəbistanı xam neft ixracını 2,8% artıraraq gündəlik ortalama 7,38 milyon barelə qaldırıb. Səudiyyə Ərəbistanı xam neft ixracına görə dünyada birinci yeri tutub.

 

Səudiyyə Ərəbistanı 2017-ci il də gündəlik ortalama 7,18 milyon barellik xam neft ixracı ilə bu sahədə birinci yeri tutumuşdu. 

 

Gündəlik ortalama xam neft ixracı 2018-də bir əvvəlki illə müqayisədə 1,1% artımla 5,54 milyon barelə qalxan Rusiya dünyada ikinci,  İraq gündəlik ortalama 4,03 milyon barel ixrac ilə üçüncü yeri tutub. Ötən il İraq xam neft ixracını 7,2% artırıb. 

 

Venesuella 303,3 milyard barellik xam neft ehtiyatı ilə dünyada birinci yerdədir. Səudiyyə Ərəbistanı 297,7 milyard barellik neft ehtiyatları ilə bu sahədə dünyada ikinci yeri tutur.

 

Neft məhsulları ixracında ABŞ gündəlik ortalama 5,26 milyon barellik səviyyə ilə dünyada birinci, Rusiya 3,62 milyon barellə ikinci, Sinqapur 1,87 milyon barellə üçüncü yeri tutur. 

 

ƏN ÇOX ÇİN ALIR

 

Xam neft və neft məhsulları idxalında isə Çin dünyada birinci yeri tutur. 

 

Çinin xam neft və neft məhsulları idxalı 2017-də gündəlik ortalama 10,24 milyon barel səviyyəsindən, 2018-də 7,8% artımla gündəlik ortalama 11,04 milyon barelə yüksəlib.

 

Xam neft və neft məhsulları idxalında 9,93 milyon barellə ABŞ ikinci, 5,22 milyon barellə Hindistan üçüncü yeri tutub. Ötən il ABŞ-ın neft və neft məhsulları idxalı 2,2% azalıb, Hindistanın idxalı isə 5,4% artıb. 

17.06.2019 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ